Azərbaycanın Baş naziri qırğızıstanlı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.
Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.
Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.
290