Nəciblik tablosu | 1news.az | Xəbərlər
Köşə

Nəciblik tablosu

11:33 - 12 / 09 / 2022
Nəciblik tablosu

“Mən daima mütaliyədəyəm və hər zaman öz üzərimdə çalışıram” deyə vurğulayan Elnarə Dadaşova 70 illik yubileyini qeyd edir.

Bəşər övladı dünyaya göz açanda onunla birgə müəyyən təlabatları, istəkləri də doğulur. Hər eşitdiyin, gördüyün, diqqətini çəkən, sənə sevinc bəxş edən nəsnələrə maraq duyursan. Zaman keçdikcə həmin istəklərin artıq arzuya, amala çevrilir və bunun ardınca mətincəsinə addımlayırsan. O ki qaldı, bu sadalanan həyati səciyyəvi mərhələləri daima yazıb-yaratmaqdan ilhamlanan və ərsiyə gətirdiyi sənət nümunələrinin cəzbedici sehri ilə insanları mənən qidalandıran insana şamil edəsən. Məhz belə xüsusi qabiliyyət, güclü erudusiya, incə duyum, məxsusi yazı ədası, bir sözlə bənzərsiz keyfiyyətlər Əməkdar incəsənət xadimi (2007), Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2010), Qızıl Qələm media mükafatı laureatı (2013), bəstəkar, professor Elnarə Dadaşovaya müyəssər olub. Elnarə xanımın bioqrafiyasına nəzər yetirsək bu qənaətə gəlmək olar ki, tutduğu məqsədə nail olması uğrunda sərgilədiyi sarsılmaz iradə onu ali səviyyəyə ucaldıb.

Hələ uşaqikən onun musiqiyə olan dərin marağı, mükəmməl eşitmə qabiliyyətini valideyinləri sezir və beləcə o zamanlar Kövkəb xanım Səfərəliyevanın rəhbərlik etdiyi xüsusi istedadlı uşaqlar üçün yaradılmış (indiki Bülbül adına) orta ixtisas musiqi məktəbinə İvetta Adolfovna Qudelisin fortepiano sinfinə daxil olur. Gənc Elnarənin bir bəstəkar kimi yetişməyə başlaması 9-cu sinifdən Ədilə Hüseyinzadənin bəstəkarlıq sinfinə keçdikdən sonra başlamışdı.

​E.Dadaşovanın tədris illərində növbəti önəmli mərhələ 1970-1975-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü.Hacıbəyli adına BMA) görkəmli bəstəkar Qara Qarayevin sinfinə qəbulu olmuşdur. “Konservatoriyada Q.Qarayevin tələbələri ilə ilk dərsi idi. Hamımız 309 saylı sinfə toplanmışdıq. Məni dərhal onların arasından seçib dedi: “siz deyəsən birinci kurs tələbəsisiz. Gəlin fortepiano arxasına və bəstələrinizi göstərin”. Mən düşünürdüm ki, bir-iki əsərə qulaq asacaq, lakin hər birini dinlədi. Sonra sual verdi: “Bunları neçə vaxta yazmısız?” Cavab verəndəki il yarıma, çox təəccübləndi. “Yaradıcılıq axınıydı?” Sonra yaşımı maraqlandı və dedi: “Biz sizi bəstəkar kimi hazırlayacağıq”. O qədər xoşbəxt oldum ki, sevincimin həddi-hüdudi olmadı. Çünki bu o mənaya gəldiki, mən artıq Qarayevin sinfinə qəbul olunmuşam.” -deyə Elnarə xanım xatirələrində dəyərli müəllimini yada salır.

E.Dadaşovanın müstəqil yaradıcılıq fəaliyyətini təsnif etsək bəstəkar, musiqişünas, pianoçu, dirijor və pedaqoq kimi səciyyələndirmək olar. Yaradıcılığında demək olar bütün janrlara müraciət edən E.Dadaşova əlli altı ilə yaxın zamanı əhatələyən müstəqil yaradıcılığı ərzində kamera musiqisindən tutmuş iri həcmli simfonik əsərlərədək, müxtəlif şairlərin sözlərinə fərqli heyyətlər üçün müşayiətli və “a capella” xor əsərləri, işləmələr, uşaqlar üçün mahnılar, “Qadın ömrünün səhifələri” adlı müşayiətli vokal mahnı və romanslar silsiləsi, marşlar, bunlarla yanaşı “Sayalı” baleti (1977, premyera 2012), “Qalx döyüşə, Azərbaycan”, “Vətən keşiyində duran əsgərəm” (DSX-nın qoşunlarına həsr olunub) marşları, orqan üçün “Xocalı laylayı” (1999), “Vətənim” romansı (söz. Güləmail Murad), “Alqış qeyrətinizə”, “Gedən gəlmədi” xor əsərləri, fortepiano üçün “Laçın” (2020) və s. vətənpərvərlik mövzusunda əsərlərin müəllifidir.

1978-ci ildən bəri Ü.Hacıbəyli adına BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi (1986), bəstəkarlıq kafedrasının dosenti (2003) və Musiqi nəzəriyyəsi kafedrasının professoru (2009) vəzifəsində çalışan E.Dadaşov, həmçinin, musiqi mədəniyyətimizdə tədqiqatçı-musiqişünas (dərs vəsaitləri, tədris proqramları, metodik tövsiyələr, çoxsaylı məqalələrin müəllifi), pedaqoq kimi də öz sözünü deyir.

E.Dadşovanın fəaliyyətində təqdirəlayiq cəhətlərdən biri də mütəmadi olaraq müxtəlif radio və televiziya verilişlərində çıxış etməsi, həmçinin, internet saytlarında incəsənət nümayəndələri haqqında söylədiyi müfəssəl fikirlərdir ki, (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.Mustafazadə, T.Quliyev, Ə.Hüseynzadə, O.Zülfüqarov, S.İbrahimova, N.Əliverdibəyov və digərləri haqqında) bu da onun dünya görüşünün necə zəngin və miqyaslı olmasının sübutudur.

Məlumdur ki, yaradıcı insanın sənətini daima diqqətdə saxlamaq, təbliğ etmək onun şəxsiyyətinə olduqca qürurverici hisslər aşılayaraq göstərilən ehtiramın əlamətidir. Bu baxımdan bir çox ifaçıların, ansambl kollektivlərinin və orkestrlərin repertuarında yer alan, həmçinin, ölkənin hüdudlarından kənarda konsert salonlarında sevilərək səsləndirilən E.Dadaşovanın əsərləri geniş kütlələrin rəğbətini qazanır. Eyni zamanda, uzun illərdir yubileyləri və yaradıcılıq gecələri təşkil olunur.

Bəstəkarın 2021-ci ildə Xəzər universitetinin Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində baş tutan müəllif konsertində həm də pianoçu və dirijor kimi çıxışı böyük coşğu ilə qarşılandı. Konsertin təşəbbüskarı, Xəzər universitetinin təsisçisi və eksrektoru, professor Hamlet İsaxanlı, Xalq artisti, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov və konsertin iştirakçıları hamılıqla vurğuladılar ki, müasir gəncliyimizin zövqünün formalaşmasında, onların milli-mədəni dəyərlərlə düzgün şəkildə tərbiyə almasında bu gün həyatda olan sənətkarlarımızın əməyi və rolu əvəzsizdir.

Zəngin ənənələrə söykənən musiqi mədəniyyətimizin sağlam təməlini quran Üzeyir bəyin yaradıcı dühasından qaynaqlanmış, milli musiqimizdə yeni yollar açan Q.Qarayevin bəstəkarlıq məktəbinin çeşməsindən su içmiş və çoxsaylı şəxsiyyətlərin vaqe olduğu mühitdə formalaşmış şəxs yalnız keyfiyyətli meyarlar əsasında qurulmuş sənət nümunələrinin ən ali dərəcəsini təcəssüm etdirə bilər. Odur ki, Azərbaycan musiqi mədəniyyətini yaşatmaq və onun daha yüksək zirvələri fəth etməsi naminə dövrümüzün sənətkarlarının əməyinin sağlığında qiymətləndirilməsi, tədqiqata cəlb olunaraq təbliğatın gücləndirilməsi, eyni zamanda, onların dəyərinin müəyyənləşdirilməsi amalına xidmət edərək həm yaradıcı şəxsə rəğbət hisslərini aşılaya, onu yaradıcı prosesə daha da sövq edə, həm cəmiyyətdə professional musiqiyə olan tələbatı formalaşdıra, həm də milli musiqinin keyfiyyətli sənət nümunələrinin dünya mədəni irsinə daxil olmasını təmin edə bilərik.

Azərbaycan mədəniyyəti müstəvisində daima nələrinsə həlli üçün çalışan, bütün varlığıyla özünü sənətinə həsr edərək ümman biliklərini usanmadan gələcək nəsillərə ötürən, bu münvalla musiqi sənətinin fədaisi Elnarə xanım, yubileyiniz mübarək!

Müəllif: Günel Seyidova

Paylaş:
4133

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər