İstanbulda terror aktı ilə bağlı saxlanılanların sayı 50-yə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda terror aktı ilə bağlı saxlanılanların sayı 50-yə çatıb

11:54 - 15 / 11 / 2022
İstanbulda terror aktı ilə bağlı saxlanılanların sayı 50-yə çatıb

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.

1news.az NTV-yə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Beləliklə, hadisə ilə bağlı saxlanılanların sayı 50-yə yüksəlib.

Xatırladaq ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

1news.az

Paylaş:
358

Son xəbərlər

Bütün xəbərlər