Xalid Əhədov Prezidentə köməkçi təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

16:42 - 17 / 11 / 2022
Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

Prezident İlham Əliyev Xalid Əhədovla bağlı Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, X. Əhədov müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb.

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər