Dövlət başçısı: Fransa ilə Ermənistan bir-birinə bacı deyir, qardaş da deyə bilərdilər
“Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir: “Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”.
497