"Yaponiya-Azərbaycan Dostluq ili"nə həsr olunmuş tədbir təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

"Yaponiya-Azərbaycan Dostluq ili"nə həsr olunmuş tədbir təşkil edilib

21:08 - 25 / 11 / 2022
"Yaponiya-Azərbaycan Dostluq ili"nə həsr olunmuş tədbir təşkil edilib

"Yaponiya-Azərbaycan Dostluq ili" çərçivəsində ölkəmizdə səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika şəhər Parlamentinin spikeri Masanori Minami və yapon musiqiçilərinin də daxil olduğu nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Qonaqlar Mərkəzin foyesində benefisiarların əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə Yaponiya və Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərini əks etdirən bədii sənətkarlıq nümunələri yer alır. Mərkəzlə tanışlıq zamanı Yaponiya nümayəndə heyətinə həssas qrupdan olan şəxslərlə aparılan kompleks iş sahəsində göstərilən xidmət növləri haqqında məlumat verilib. Qonaqlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə aktiv 14 fəaliyyət istiqaməti üzrə təlim prosesini izləyiblər. Tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, DOST İnklüziv İnkişaf və Yaradıcılq Mərkəzinin direktoru Pərvin İsmayılova çıxış edərək, uğurlu müştərək əməkdaşlıq layihələrindən söhbət açıblar. Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı ölkəmizə gəldiyini deyən Şika şəhərinin meri cəmiyyətdə sosial bərabərsizliyin azaldılması istiqamətində Mərkəzin unikal layihə olduğunu bildirib. Burada həssas əhali qrupuna aid şəxslərin sosiallaşması, cəmiyyətə adaptasiyası məqsədilə görülən işləri yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, hər iki ölkənin musiqiçilərinin öz milli zərb alətlərində eyni kompozisiyanı ifa etməsi xalqlarımız arasındakı yaxınlığın, dostluğun ifadəsidir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova bildirib ki, bu tədbir "Yaponiya-Azərbaycan Dostluq İli"ndə Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə reallaşdırılan üçüncü layihədir və əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Mərkəzin rəhbəri layihənin məqsədinin sosial inklüzivliyin təmini, həssas qrupdan olan şəxslərin cəmiyyətdə özlərini tapması prosesinə dəstək olduğunu vurğulayıb.

Sonra Şika şəhərindən Tenyu Şika qrupunun üzvləri-vadaiko (ənənəvi yapon zərb alətləri) ifaçıları Mərkəzin benefisiarları ilə birgə konsert proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan və Yaponiya musiqi mədəniyyətinə xas nümunələr səsləndirilib. Konsert hər iki ölkənin musiqiçilərinin ifasında milli zərb alətlərində “Yallı” kompozisiyası ilə yekunlaşıb.

Qeyd edək ki, bu tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr edilən Yaponiya Mədəniyyət Festivalında Mərkəz benefisiarların əl işlərindən ibarət "Ruandzi" adlı stendlə təmsil olunub. Əməkdaşlığın davamı olaraq, 24-25 iyun tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı “The Nippon Foundation”in dəstəyi ilə Bakıda Dənizkənarı Milli Parkda iki gün müddətində “True Colors Festival” təşkil edilib.

Paylaş:
411

Son xəbərlər

ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21
Bütün xəbərlər