Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək

16:27 - 26 / 11 / 2022
Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin strukturu və ştat cədvəli təsdiq ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

1news.az

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər