2022-ci ildə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib
“2022-ci ildə milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxıdığı beynəlxaLq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hüququ və azadlıqlarının qorunması istiqamətində zəruri həyata keçirilib”.
1news.az xəbər verir ki, bu sözləri XİN rəhbəri Ceyhun Bayramov mətbuata açıq konfransda jurnalistlərə açıqlamasında söyləyib.
“Bu müddət ərzində görülmüş tədbirlər nəticəsində vətəndaşlarımızın İraq və Suriyadan repatriasiyası, həmçinin Ukraynadan təxliyəsi həyata keçirilib. Azərbaycan tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 2022-ci ildə 54 uşaq və 14 qadın olmaqla ümumilikdə 68 vətəndaşın, 2020-ci ildən etibarən isə 380 uşaq və 29 qadın olmaqla ümumilikdə 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib. Müvafiq tədbirlər planına uyğun olaraq Azərbaycanın aidiyyəti qurumları tərəfindən repatriantlara reabilitasiya və inteqrasiyası prosesi təmin edilib”.