“Belə bir zamanda terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verir” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Belə bir zamanda terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verir” - Deputat

Ayşən İsmayılova15:29 - 27 / 01 / 2023
“Belə bir zamanda terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verir” - Deputat

“İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azırbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsini qınayıram”.

Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı danışarkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Göründüyü kimi İran-Azərbaycan münasibətlərində soyuqluq yaşandığı bir zamanda belə bir terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verməkdədir.

Çox təəssüflər olsun ki, Azərbaycan tarixində ilk dəfə olaraq xarici səfirliklərimizdə fəaliyyət göstərən diplomat və mühafizə xidməti əməkdaşlarından ilk şəhidimizi verdik. Həmçinin yaralılarımız da var. Allah şəhidlərimizə rəhmət etsin! Yaralılarımıza isə şəfa diləyirik!”

İstənilən halda bu terroru törətmiş şəxs və ya şəxslərin, bu cinayətin arxasında duran qüvvələrin öz cəzalarını almasının vacib olduğunu qeyd edən N.Həmzəyev Tehran şəhərində polis xidmətinin məhz Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməməsinin və bu ərazidə ciddi nəzarət rejiminin tətbiq edilməməsinin bizi narahat etdiyini qeyd edib:

“Xüsusilə də həmin şəxsin “Kalaşnikov” avtomatı ilə səfirliyə yaxınlaşması onu deməyə imkan verir ki, bu ərazidə müəyyən boşluqlar olub və tam məsuliyyət İran tərəfini üzərində qalmaqdadır. Ancaq cinayət hadisəsi tam araşdırılmadan dəqiq fikir söyləmək, məncə, riskli olardı. İstənilən halda baş vermiş bu hadisənin ya İran tərəfindən bir siyasi mesajı olması kimi dəyərləndirilməlidir, ya da Ermənistan tərəfi İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirmək və bunu öz xeyrinə istifadə etmək niyyəti ola bilər. Ancaq bu hadisə İranda baş verməsinə görə İran tərəfindən ən qısa zamanda bu cinayətkarların doğru-düzgün araşdırılması və bu hadisənini törədilməsində əli olan bütün şəxslərin cəzalarını almasını təmin etməsini tələb edirik. Yalnız bu yolla bu problem müəyyən dərəcədə yumşaq formada öz həllini tapa bilər. İstənilən halda çalışmalıyıq ki, xaricdə olan bütün səfirliklərimizdə nəzarət və təhlükəsizlik xidmətlərini daha da gücləndirək, doplomatlarımızın həyatını qorumaq üçün bu addım atılmalıdır. Xaricdə olan hər bir Azərbaycan vətəndaşını da diqqətli olmağa, proseslərə maksimum dərəcədə həssas yanaşmağa çağırırıq”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərov dünyasını dəyişib, yaralananlar var.

Paylaş:
636

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər