Azərbaycan XİN İsrailə başsağlığı verdi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan XİN İsrailə başsağlığı verdi

10:33 - 11 / 02 / 2023
Azərbaycan XİN İsrailə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.

1news.az xəbər verir ki, bu barədə XİN-in rəsmi Tvitter hesabında paylaşım edilib.

"Şərqi Qüdsdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunub.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər