“Güneşin Doğduğu Yer” serialı ətrafında yaranan qalmaqal fonunda Burak Özçivitdən gözlənilməz açıqlama - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Güneşin Doğduğu Yer” serialı ətrafında yaranan qalmaqal fonunda Burak Özçivitdən gözlənilməz açıqlama - VİDEO

Partnyor materialı
1news Redaksiyası12:40 - Bu gün
“Güneşin Doğduğu Yer” serialı ətrafında yaranan qalmaqal fonunda Burak Özçivitdən gözlənilməz açıqlama - VİDEO

Burak Özçivit serialın çəkiliş heyətinin maaşlarının azaldılmasına qarşı çıxdı

Türkiyəli aktyor Burak Özçivit baş rolunu oynadığı “Güneşin Doğduğu Yer” serialının çəkiliş heyətinin əməkhaqlarının azaldılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, televiziya şərhçisi Deniz Turanın məlumatına görə, ATV telekanalında yayımlanan serialın texniki heyətinə və digər əməkdaşlarına maaşlarının 20 faiz azaldılması təklif edilib.

Bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əməkhaqlarının azaldılması təşəbbüsünün hansı səbəbdən irəli sürüldüyü isə hələlik açıqlanmayıb.

Yayılan məlumatlardan sonra Burak Özçivit çəkiliş heyətinə dəstək nümayiş etdirib. Aktyor “Instagram” hesabında paylaşım edərək kollektivin bu vəziyyətə görə çətinlik çəkməsinə imkan verməyəcəyini bildirib.

“Biz komandamız sayəsində varıq. Onların bu çətinliklərlə üzləşməsinə imkan verməyəcəyik. Lazım olan hər şeyi öz üzərimizə götürəcəyik”, - deyə o qeyd edib.

Aktyorun paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bir çoxları onun çəkiliş heyətinə dəstək mövqeyini müsbət qiymətləndirib.

Qeyd edək ki, serialın prodüser şirkəti əməkdaşların maaşlarının azaldılması ilə bağlı yayılan məlumatlara hələlik ətraflı münasibət bildirməyib.

Serialın süjeti

Serialda hadisələr nüfuzlu Kozan ailəsinin varisi Kenanın ətrafında cərəyan edir. Ailəyə onun anası Cəladət rəhbərlik edir. Ağıllı, uzaqgörən və yaraşıqlı Kenan həm də imkanlı və evlilik üçün arzulanan namizəddir. Anası isə onun üçün münasib həyat yoldaşı axtarır.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər