Mərkəzi Bank: Nağd pulla bağlı qaydalara dəyişiklik ediləcək
“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”na dəyişikliklər edilməsi nəzərdə tutulub.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nağd pulu idarə edilməsi şöbəsini rəisi Anar Dadaşov deyib. O bildirib ki, əsas məqsəd kommersiya banklarında biznes proseslərini baş verən dəyişikləri əhatə etməkdir.
"Azərbaycan Mərkəzi Bankının əsas vəzifəsi vətəndaşların bütün ödəniş vasitələrinə çıxışı təmin edilməlisidir".
Bildirilib ki, əsas dəyişikliklərdən biri nağd pulla bağlı avadanlıqlara tələbin müəyyən edilməsidir. Artıq Mərkəzi Bank bununla bağlı banklarla iş aparır.
APA
395