Cavid Osmanov: “Erməni sakinlərlə ilk təmas müsbət irəliləyişdən xəbər verir”
1 mart tarixində Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Bəs görəsən keçirilən bu görüşün hansı əhəmiyyəti var?
Milli Məclisin deputatı Cavid Osmanov 1news.az-a açıqlamasında erməni sakinlərlə təmas olmasının müsbət bir hal olduğunu deyib.
“Artıq Qarabağ bölgəsində Azərbaycanın tarixi torpaqlarında yaşayan erməni sakinlərlə ilk təmas olub. Əlbəttə, təmas olması müsbət irəliləyişdən xəbər verir. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu Azərbaycan dövlətinin qətiyyətli mövqeyindən irəli gəlir. Bildiyimiz kimi son 59-cu Münhen Təhlükəsizlik Konfansında Azərbaycan preizdenti cənab İlham Əliyev də qeyd etmişdir ki, biz haralardansa ixrac edilmiş Vardanyanlar və digərləri ilə təmas qurmaq niyyətində deyilik. Qısa zaman da onu göstərdi ki, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi öz müsbət nəticələrini verir.
Digər bir tərəfdən onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan qanunlarını qeyd edib Azərbaycan vətəndaşlığı altında yaşamaq niyyəti olan ermənilər burada yaşayacaqlar. Onlar digər milli azlıqlar kimi sülh şəraitində yaşamaq hüququ qazanacaqlar. Azərbaycanın bütün vətəndaşları kimi onlar da hüquqlarından istifadə edə biləcəklər. Yerdə qalanlar isə bu əraziləri tərk etməlidirlər”.