Kamaləddin Qafarov: “YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir”

11:23 - 05 / 03 / 2023
Kamaləddin Qafarov: “YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir”

“ YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu.

Yeni Azərbaycan Partiyası ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Həmin tarixi qurultayda Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın yaradıcısı olan Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən daim yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Hamımız bilirik ki, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendumun nəticələri həmin vaxt Azərbaycan rəhbərliyi tərəfindən xalqın iradəsinə zidd olaraq saxtalaşdırılmışdı. Belə bir məqamda Ulu öndər yenə də böyük cəsarət, qətiyyət və iradə tələb edən addım ataraq Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan vermədi. Məhz bu qərar ölkəni öz müstəqilliyinə doğru aparan yolda atılan ən əhəmiyyətli, vacib addım oldu.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində formalaşmış yeni reallıqlar ölkənin hakim partiyası üçün də yeni çağırışlar yaratdı: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı, ilk növbədə, müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş iki il ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyamızın fəaliyyətinin effektivliyini artırmış və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə səbəb olmuşdur. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Ölkə Prezidenti İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Birmənalı olaraq VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.”

Millət vəkili YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində aparılan işin ölkənin xarici siyasətinin davamı olduğunu vurğulayaraq deyib: “YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. Ötən iki il ərzində partiyamız beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhflər vermişdir. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında iki il öncə əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. YAP-ın, həmçinin Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, bu gün Ölkə Prezidenti İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır. Son bir il əlrzində Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz dəyərli töhfələrini verib və bu proses indi də davam edir.”

Paylaş:
382

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər