ABŞ-ın Qafqaz üzrə baş müşaviri: Əsas hədəfim Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın Qafqaz üzrə baş müşaviri: Əsas hədəfim Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır

14:06 - 06 / 03 / 2023
ABŞ-ın Qafqaz üzrə baş müşaviri: Əsas hədəfim Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqdır

Ötən ay Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra ABŞ Dövlət katibi Antoni Blinken məni regiona səfərimlə bağlı təlimatlandırdı.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə bu gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib.

O, əsas hədəfinin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq, bu ağrılara son qoymaq olduğunu vurğulayıb.

“Sülh hər iki tərəfin xeyrinədir. Münhendə də tərəflər sülh istədiklərini bəyan edib. Bizim hədəfimiz isə bu nöqtəyə necə gəlməkdir. Sabah İrəvanda görüşüm olacaq. Mənim səfərimin məqsədi tərəfləri dialoqa və mümkün qədər tez görüşməyə təşviq etməkdir”, - diplomat vurğulayıb.

Paylaş:
450

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər