Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:15 - 07 / 03 / 2023
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Bu barədə 1news.az-a parlamentdən məlumat verilib.

Ziyarətçilər Ulu Öndərin məzarı önünə gül dəstəsi qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Paylaş:
373

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər