Azərbaycan XİN: Ermənistan işğal vaxtı idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürüb
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı.
1news.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində qeyd olunub.
“Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir”, – şərhdə vurğulanıb.