Rəsmi Bakı: Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı: Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür

11:40 - 09 / 03 / 2023
Rəsmi Bakı: Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür

“Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür”.

1news.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində qeyd olunub.

“Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, – şərhdə vurğulanıb.

Paylaş:
613

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər