Tural İsmayılov: “Avropa Parlamenti siyasi dələduzluğun qalasıdır” | 1news.az | Xəbərlər
Siyasət

Tural İsmayılov: “Avropa Parlamenti siyasi dələduzluğun qalasıdır”

15:18 - 13 / 03 / 2023
Tural İsmayılov: “Avropa Parlamenti siyasi dələduzluğun qalasıdır”

"Avropa Parlamentinin dünyadakı bir çox proseslərdə qeyri-obuyektiv mövqeyi artıq qəbul edilən klişelərdən biridir".

Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

"Burda sistematik şəkildi siyasi çirkab dövriyəyə buraxılır. Son 10 il ərzində isə AP tamamilə çirkli pulların təsiri altında olan siyasətçilərin məskəninə çevrilib. Ümumiyyətlə, AP-də təmsil olunanlar birmənalı şəkildə siyasi hadisələrin təhlilindən uzaqdırlar. Ciddi media strukturlarında dərc edilən yazılar da sübut edir ki, burada deputatlar demək olar ki, iclaslara hazırlıqsız qatılır. Bir çox məşhur diplomatlar öz xatirələrində AP-nin işləmə mexanizmlərini ifşa ediblər.

Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də gorbagor olmuş “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib. Bu “qətnmənin” müəllifləri də eyni ermənipərəst dairələr və strukturlardır. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlementindəki Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir. Daha öncəki qətnamələrdə də Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni təşkil etmişdilər. Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Hesab edirəm ki, Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda, Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb".

"Avropa Parlamenti və Avropa Komissiyasında Fransanın təsir imkanları genişdir" - deyə, T.İsmayılov əlavə edib:

“Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist qruplar olacaq".

Politoloq bildirib ki, Azərbaycanın apardığı aktiv xarici siyasət, o cümlədən NAM-a uğurla sədrlik, həmçinin X Global Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslərimiz ölkəmizin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir.

"Azərbaycan əleyhinə növbəti riyakarlığın Bakıda gerçəkləşən iki önəmli tədbirdən baş verməsi hadisələrdə əsla təsadüf olmadığını göstərir. Bəs korrupsiya bataqlığında məhv olan bir strukturun sadəcə kağız parçası olan qətnamələri Azərbaycana hansısa formada təsir edə bilərmi? Birmənalı şəkildə yox...

AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvləri kifayət qədər aktivdirlər. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatlar dünyada Azərbaycan və Türkiyə əleyhinə dezinformasiya şəbəkəsinin əsas sponsoru Kaspar Karampetyanın maliyyəsi ilə Ermənistana səfərlər də ediblər dəfələrlə".

O, deyib ki, Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi.

"Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Eva Kayli AP kürsülərindən daim Türkiyə əleyhinə çağırışları ilə fərqlənib. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı.

Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarkisyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb. Eyni zamanda Sirmakes Fransa Senatındakı deputatlara çirkli pullar paylayan əsas adamlardan sayılır. Beləliklə, biz görürük ki, bütün dünyanın gözü qarşısında sistemli siyasi dələduzluq çarxı qurulub".

"AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib" - T.İsmayılov fikirlərinə əlavə edib: "Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. “Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar” yanaşmasına şahidlik edirik. AP artıq müasir sələbçilərə çevrilib.

Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir.

Avropa Parlamenti hazırda korrupsiya pullarını Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya “qalxanına” çevirib. Azərbaycanın Qərbdə etibarlı tərəfdaşları mövcuddur, AP kimi “siyasi institutların” dünyadakı ciddiyəti isə indi sarsıntılıdır".

Paylaş:
724

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər