Azərbaycanda yeniyetmə qız məcburi ərə verildi? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeniyetmə qız məcburi ərə verildi? - AÇIQLAMA

15:47 - 13 / 03 / 2023
Azərbaycanda yeniyetmə qız məcburi ərə verildi? - AÇIQLAMA

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

***

11:00

Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər