BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər | 1news.az | Xəbərlər
Siyasət

BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər

14:34 - 21 / 03 / 2023
BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər

Mart ayında dünyada 300 milyondan çox insan Novruz bayramını - yazın gəlişi və təbiətin dirçəlişini qeyd edir.

1news.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu bayram münasibətilə müraciətində hamıya sülh, sevinc və firavanlıq arzularını bildirib.

Novruz bayramı günlərində Balkanlarda, Qara dəniz hövzəsində, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə üç yüz milyondan çox insan baharı qarşılayır. 2009-cu ildə Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının üzvləri martın 21-ini Beynəlxalq Novruz Günü elan ediblər.

BMT-nin rəhbəri öz müraciətində bildirir ki, “Novruz” sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Hesab edilirdi ki, məhz yaz gecə-gündüzün bərabərliyi günündə, nə vaxt ki, günün və gecənin uzunluğu 12 saat olduğu gündə torpaq dirilməyə başlayır. Onun tarixi ən qədim dinlərdən biri olan zərdüştiliyin müqəddəs kitabı “Avesta”nın dövrünə gedib çıxır.

Baş katib xatırladıb ki, milyonlarla insanın qeyd etdiyi Novruz bayramı günlərində ailə və dostlar bir yerə toplaşır, keçmişi yada salır və daha xoşbəxt gələcəyə ümid bəsləyir. Quterreş vurğulayıb: “Novruz həm də bəşəriyyətin zəngin mədəni irsi və müxtəlifliyi bayramı, bizim hamınız üçün sülh, dialoq və həmrəylik kimi dəyərlər əsasında insan hüquqlarına sadiqliyimizi bir daha təsdiq etmək; qarşılıqlı hörmətə və barışığa imkan yaratmaq; planeti qorumaq və təbiətlə harmoniyada yaşamaq imkanıdır”.

BMT-nin rəhbəri öz müraciətinin sonunda “Novruz bayramını qeyd edərkən hamı üçün ən yaxşı dünya qurmaq naminə” birləşməyə çağıraraq yazır: “Qoy Novruz sizə sevinc, möhkəm cansağlığı və firavanlıq gətirsin”.

Paylaş:
147

Son xəbərlər

Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib05 / 06 / 2023, 16:16Naxçıvana ucuz uçuşlar təşkil ediləcək05 / 06 / 2023, 16:02Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO05 / 06 / 2023, 15:57Səməd Seyidov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb05 / 06 / 2023, 15:54Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək05 / 06 / 2023, 15:45Naxçıvanda azad iqtisadi zona yaradılacaq05 / 06 / 2023, 15:30Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq05 / 06 / 2023, 15:22Prezidentdən Naxçıvanla bağlı - Sərəncam05 / 06 / 2023, 15:19Arvadını öldürməyə cəhd edən şəxs həbs edildi05 / 06 / 2023, 15:12Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb - VİDEO05 / 06 / 2023, 15:06
Bütün xəbərlər

Next TV