Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdi

15:59 - 21 / 03 / 2023
Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, S.Zurabişvili bununla bağlı "Facebook" hesabında paylaşım edib.

“Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından olan soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm. Bu günün yeni başlanğıc, yeni həyat mənbəyi olmasını, yeni enerji və yaxşı münasibətlər gətirməsini diləyirəm”, - deyə Gürcüstan Prezidenti bildirib.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər