Azərbaycan XİN Xaçaturyana cavab verdi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Xaçaturyana cavab verdi

11:20 - 24 / 03 / 2023
Azərbaycan XİN Xaçaturyana cavab verdi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan prezidenti Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verib.

1news.az xəbər verir ki, Ermənistan prezidenti Vahaqn Xaçaturyanın martın 23-də İtaliyanın La Repubblica qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları şərh edən Ayxan Hacızadə bunları deyib: “Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir.

Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir.

Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir.

Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır”.

Paylaş:
206

Son xəbərlər

Məşhur türk serialında Azərbaycanla xəritəsi ilə bağlı səhv düzəldildi - FOTO31 / 05 / 2023, 20:45İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib31 / 05 / 2023, 17:58Qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətləri dəyişib31 / 05 / 2023, 17:54Sahibə Qafarova Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb31 / 05 / 2023, 17:47Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib31 / 05 / 2023, 17:40FAO-nun Baş direktoru İlham Əliyevi təbrik edib31 / 05 / 2023, 17:32Dolu düşüb, sel keçib - Faktiki hava açıqlandı31 / 05 / 2023, 17:16Estoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib31 / 05 / 2023, 17:01Şirvanda polisin saxladığı şəxs ölüb31 / 05 / 2023, 16:49Prezident: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var31 / 05 / 2023, 16:29ABB Banklararası Şahmat Çempionatının qalibi oldu31 / 05 / 2023, 16:26Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib31 / 05 / 2023, 16:21Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”31 / 05 / 2023, 16:01“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO31 / 05 / 2023, 15:43Azərbaycanda daşınmaz əmlakın elektron qaydada icbari sığortasına başlanılır31 / 05 / 2023, 15:35PAŞA Holding-in dəstəyi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları üçün Kiçik və Orta Biznes proqramına start verildi31 / 05 / 2023, 15:30“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib31 / 05 / 2023, 15:18Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi - FOTO31 / 05 / 2023, 15:17Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib31 / 05 / 2023, 14:56Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”31 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV