Azərbaycan XİN bəyanat yaydı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN bəyanat yaydı

17:51 - 25 / 03 / 2023
Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.

Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.

Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.

Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.

Paylaş:
278

Son xəbərlər

“Ermənipərəstin qızına Bakıda konsert edirik”03 / 06 / 2023, 18:06“Müşfiqlə bağlı film çəkilmədi…”03 / 06 / 2023, 17:51Ərdoğan Anıtqəbiri ziyarət edib03 / 06 / 2023, 17:34DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb03 / 06 / 2023, 17:18Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni krossoveri – CX-60-ı təqdim etdi - FOTO03 / 06 / 2023, 17:07İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər - YENİLƏNİB03 / 06 / 2023, 16:52Asensio “Real”dan ayrıldı03 / 06 / 2023, 16:44Bu gün Ümumdünya Velosiped Günüdür03 / 06 / 2023, 16:27Ərdoğan and içib - YENİLƏNİB03 / 06 / 2023, 16:12IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB03 / 06 / 2023, 15:48FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib03 / 06 / 2023, 15:34Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO03 / 06 / 2023, 15:21Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb03 / 06 / 2023, 15:07Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb”03 / 06 / 2023, 14:54Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO03 / 06 / 2023, 14:39Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO03 / 06 / 2023, 14:26“Qarabağ” ilk transferini açıqlayıb03 / 06 / 2023, 14:07Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib - YENİLƏNİB03 / 06 / 2023, 13:48İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib03 / 06 / 2023, 13:34Şuşada kütləvi məzarlıq tapılıb - FOTO03 / 06 / 2023, 13:29
Bütün xəbərlər

Next TV