Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz | 1news.az | Xəbərlər
Siyasət

Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz

15:48 - 31 / 03 / 2023
Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib.

1news.az xəbər verir ki, Ayxan Hacızadə bildirib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.

Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.

Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.

Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.

Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.

Paylaş:
267

Son xəbərlər

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı27 / 05 / 2023, 20:34Myanma Dövlət İdarə Şurasının Sədri Prezidentə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 18:05Neftçalada qəzaya düşən Vətən müharibəsi qazisi səkkiz gün sonra ölüb - FOTO27 / 05 / 2023, 17:52Dünən ölkədə havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub27 / 05 / 2023, 17:37Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb27 / 05 / 2023, 17:25Albaniya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 17:10Şüvəlanda yerləşən “McDonald's” restoranı təmirdən sonra yenidən fəaliyyətə başlayıb - FOTO27 / 05 / 2023, 17:05Son sutkada Azərbaycanda koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb27 / 05 / 2023, 16:53Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib27 / 05 / 2023, 16:40Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib27 / 05 / 2023, 16:24Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyası istifadəyə verilib27 / 05 / 2023, 16:10Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub27 / 05 / 2023, 16:02Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub - YENİLƏNİB27 / 05 / 2023, 15:54Leonid Slutski İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:42Dmitri Savelyev Prezidenti təbrik edib27 / 05 / 2023, 15:26Corc Vella İlham Əliyevə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 15:14İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO27 / 05 / 2023, 15:00Bruneyin Sultanı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb27 / 05 / 2023, 14:48Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub27 / 05 / 2023, 14:36Göygöldə 67 baş mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb27 / 05 / 2023, 14:24
Bütün xəbərlər

Next TV