Naqif Həmzəyev: “Azərbaycan Tacikistan üçün Avropaya açılan bir qapı olacaq” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Azərbaycan Tacikistan üçün Avropaya açılan bir qapı olacaq”

Ayşən İsmayılova10:44 - 07 / 04 / 2023
Naqif Həmzəyev: “Azərbaycan Tacikistan üçün Avropaya açılan bir qapı olacaq”

“Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi Tacikistana səfəri çox önəmli və yadda qalan bir səfər oldu”.

Bunu 1news.az-a Azərbaycan və Tacikistan münasibətləri ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Xüsusilə də Tacikistan və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün bundan öncə Tacikistan prezidentinin Azərbaycana və Azərbaycan prezidentinin Tacikistana səfərlərinin böyük rol oynadığnı bilirik. Bu səfər də münasibətlərin inkişaf etdirilməsinə çox böyük töhfə verəcək.

Ən önəmlisi ondan ibarətdir ki, Sovetlər dağıldıqdan sonra həm Azərbaycan, həm Tacikistan müstəqillik yolunda çoxlu itkilər verməli oldular. Hazırda həminki dövrlər tarixdə qalıb, həm Azərbaycan, həm Tacikistan stabil bir dövlətə çevrilib. Hər iki ölkə inkişaf etməkdədir.

Depuat qeyd edib ki, bu gün Azərbaycanın Tacikistana investisiya qoya bilməsi və Tacikistanın inkişaf etdirilməsində mühüm rol oynama imkanları vardır.

“Bu baxımdan da, Azərbaycan və Tacikistanın mövcud iqdisadi potensialının öyrənilməsi və bu iqdisadi potensialın hər iki ölkənin inkişafına cəlb edilməsi mümkündür. Xüsusilə nəqliyyat, logistika, sənaye kooperasiyalarının inkişafı sahəsində investisiya layihələrinin artırılmasında çoxlu yeniliklərin şahidi ola biləcəyik. Azərbaycan yaxın dövr üçün Tacikistana investisiya layihələrini dəstəkləməsinə köməklik göstərəcək.

Biz hər iki ölkədə iqdisadi inkişafın şahidi ola bilərik. Bunlarla yanaşı, Tacikistan və Azərbaycan arasında iqdisadi, siyasi münasibətlərin yaxşı olması ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük potensial var. İlk növbədə Tacikistan xalqı Azərbaycanın dahi şairi Nizami Gəncəvini və Məshəti Gəncəvini sevir, Azərbaycan ədəbiyyatını və mədəniyyətini daha yaxından tanıyır. Bu baxımdan da bu əlaqələrin inkişaf etdirmək çox asandır, sadəcə bu sahədə mərhələli şəkildə layihələrin yerinə yetirmək lazımdır. Bu baxımdan da, cənab prezidentin Tacikistana səfəri zamanı imzalanmış sənədlərə nəzər yetirsək, görərik ki, müxtəlif sahələr üzrə gələcək inkişaf planının şahidi olduq və bu imzalanmış sənədlər həm Azərbaycanın, həm Tacikistanın iqdisadi, siyasi, mədəni sahələrinin inkişaf etdirilməsinə xidmət göstərəcək. Ən qısa zamanda Azərbaycan Tacikistan üçün Avropaya açılan bir qapı olacaq. Azərbaycan vasitəsilə logistik xidmətlərin sayı daha da artacaq və qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək. Ölkələrimizin inkişafına birlikdə töhfələr veriləcək”.

Xatırladaq ki, aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Paylaş:
438

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər