Bakıda uzun müddət bağlı olan yol açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uzun müddət bağlı olan yol açıldı

16:06 - 08 / 04 / 2023
Bakıda uzun müddət bağlı olan yol açıldı

Bakının Səbail rayonu ərazisində, Badamdar avtomobil yolunun Badamdar qəsəbəsindən 20-ci Sahə qəsəbəsi istiqamətində olan hissəsi (Badamdar - 20-ci Sahə yolu) avtomobillərin hərəkəti üçün açılıb.

1news.az xəbər verir ki, magistralın bir hissəsi (əvvəllər bir neçə dəfə sürüşmə baş verib) nəqliyyatın hərəkəti üçün açıqdır. Bu, Azneft dairəsinə (şəhərin cənub girişi) yaxşı alternativdir.

Yol 20-ci sahədən Badamdar qəsəbəsi istiqamətində və oradan keçərək Nəbatat bağı, Parlament prospekti, Yasamal və s. istiqamətə aparır.

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər