Tokayev: Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq | 1news.az | Xəbərlər
Siyasət

Tokayev: Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq

16:21 - 10 / 04 / 2023
Tokayev: Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq

Azərbaycan Prezidentinin hazırkı səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik.

Həmçinin, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik.

İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”, - Tokayev qeyd edib.

Paylaş:
515

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər