Füzulidə daha 7 kəndin tikintisi üçün layihələndirmə işləri aparılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Füzulidə daha 7 kəndin tikintisi üçün layihələndirmə işləri aparılır

11:54 - 12 / 04 / 2023
Füzulidə daha 7 kəndin tikintisi üçün layihələndirmə işləri aparılır

2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin - 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur.

Bundan başqa, sədr müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 km olacaq: "Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq".

"2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır", - deyə N.Hümmətov qeyd edib.

Paylaş:
412

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər