Azərbaycan HHQ nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan HHQ nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

Qafar Ağayev16:18 - 26 / 04 / 2023
Azərbaycan HHQ nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

Paylaş:
505

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər