Azərbaycan XİN: Terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsini beynəlxalq ictimaiyyət qınamalıdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: Terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsini beynəlxalq ictimaiyyət qınamalıdır

10:13 - 26 / 04 / 2023
Azərbaycan XİN: Terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsini beynəlxalq ictimaiyyət qınamalıdır

Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd edilib.

“Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.

Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur”, - bəyanatda vurğulanır.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər