Britaniyalı politoloqdan açıqlama: “Ermənistanın işğal etdiyi ərazilər “qələbə”lərinin zəhərli meyvəsi kimi çürüdü” | 1news.az | Xəbərlər
Siyasət

Britaniyalı politoloqdan açıqlama: “Ermənistanın işğal etdiyi ərazilər “qələbə”lərinin zəhərli meyvəsi kimi çürüdü”

Aynurə Xudaverdiyeva16:00 - 26 / 04 / 2023
Britaniyalı politoloqdan açıqlama: “Ermənistanın işğal etdiyi ərazilər “qələbə”lərinin zəhərli meyvəsi kimi çürüdü”

“Sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suverenliyini qorumaqda qərarlı olduğunun ən güclü göstəricisidir”.

Bu sözləri 1news.az-a britaniyalı politoloq Patrik Volş açıqlamasında deyib.

Britaniyalı politoloqun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizə yaxınının qanunsuz zəbt edilməsi 30 il ərzində regionda böyük qeyri-sabitlik mənbəyi olub:

“İşğal zamanı bu torpaqlar erməni işğalçıları tərəfindən xarabalığa çevrilib. Azərbaycanın təbii sərvətlərini işğalçı qüvvələr talan edib. Qarabağda çox az erməni yaşamaq istədiyi üçün inkişaf zamanla çətinləşib. Ermənistan etnik təmizləməyə məruz qalan 750.000 azərbaycanlını xaricdən gətirilən ermənilərlə əvəz etmək istəsə də bu mümkün olmadı.

Beləliklə, işğal olunmuş ərazilər “qələbə”lərinin zəhərli meyvəsi kimi çürüdü. İndi, 2020-ci ildən bəri bu vəziyyət əksinə gedir. Əhalinin azad olunmuş torpaqlara yenidən köçürülməsi, dağıntılar altında qalan yerlərin yenidən qurulması, yaşayış yerlərinin infrastruktur və obyektlərlə təmin edilməsi, iqtisadiyyatı güclü olan Azərbaycanla mümkün olur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, regional sabitlik və iqtisadi inkişafa təsir göstərə bilər, bu da təkcə Cənubi Qafqaza, daha geniş Avrasiya əlaqələrinə də fayda verəcək. Ən əsası isə, beynəlxalq hüquq və geri qayıtmaq hüququ baxımından ədalət artıq öz yerini tapıb.

P.Volş həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına da münasibət bildirib.

Politoloqun sözlərinə görə, milli suverenliyin tam reallaşması üçün bu ərazilərdə Azərbaycan dövlətinin gücü tətbiq edilməlidir:

“Aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunda monitorinq aparan rəsmi gömrük postu yaratdı. Qarabağa gedən mallara gömrük rüsumunun tətbiq edilib-edilməyəcəyi hələki bəlli olmasa da, lakin qanuni dövlət orqanları tərəfindən qeyri-qanuni malların Azərbaycana keçirilməsinin qarşısı alınacaq. Rusiya sülhməramlıları sərhədçi kimi fəaliyyət göstərə bilmədiklərini sübut etdilər və milli suverenliyin tam reallaşması üçün bu ərazilərdə Azərbaycan dövlətinin gücü tətbiq edilməlidir.

Sərhəd buraxılış məntəqəsinin yaradılmsı Azərbaycanın öz suverenliyini qorumaqda qərarlı olduğunun ən güclü göstəricisidir”.

Paylaş:
1117

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər