Britaniyalı jurnalist: “İlham Əliyev çətin geosiyasi məkanda təcrübəli və məharətlə davranan siyasətçidir” | 1news.az | Xəbərlər
Siyasət

Britaniyalı jurnalist: “İlham Əliyev çətin geosiyasi məkanda təcrübəli və məharətlə davranan siyasətçidir”

Aynurə Xudaverdiyeva11:16 - 01 / 05 / 2023
Britaniyalı jurnalist: “İlham Əliyev çətin geosiyasi məkanda təcrübəli və məharətlə davranan siyasətçidir”

“Qərb islamofobiyaya və dezinformasiyaya görə, Ermənistanın yanındadır”.

Bu sözləri 1news.az-a açıqlamasında britaniyalı jurnalist Neil Vatson deyib.

Jurnalistin sözlərinə görə, Qərbin Ermənsitanın tərəfində olmasının əsas səbəbi erməni lobbisinin güclü təbliğatıdır:

“İlham Əliyev çətin geosiyasi məkanda təcrübəli və məharətlə davranan siyasətçidir. O, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bilir, lakin beynəlxalq ictimai rəy, qərbdəki islamofobiya və erməni lobbisinin təbliğatı Qərbi Ermənistanın yanında olmağa sövq edir. Bilirsiniz, buradakı əsas səbəb təbliğatdır. İlham Əliyev və atası Ümummilli Lider Heydər Əliyev öz xalqını müstəqil, Azərbaycanı isə müasir Respublikaya çevirdirlər. Türkiyə və İsraillə müttəfiqlik Azərbaycanın Ermənistana qalib gəlməsinə kömək etdi. İlham Əliyevin münaqişədən sonrakı dövrdə qarşı tərəfə olan mülayim mövqeyi təqdirəlayiqdir. İndi yeganə problem sülhü əldə etmək, Avropa və Qərb siyasətçilərinə Ermənistanın beynəlxalq hüququn normalarını pozduğunu göstərmək, Rusiyanın və İranın Ermənistanın vəkili olduğunu və beynəlxalq hüququn həmişə Azərbaycanın tərəfində olduğunu başa düşməyə nail olmaqdır”.

N.Vatson Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin Cənubi Qafqazda sülhün başlanğıcı ola biləcəyini də vurğulayıb:

“Düşünürəm ki, Azərbaycanın tarixi torpaqlarının 30 ildən sonra erməni işğalından azad edilməsi Cənubi Qafqaza sülh gətirəcək. Bu son nəticə bütün tərəflərin xeyrinə olacaq. İşğaldan azad edilən ərazilər bərpa olunduqdan sonra bir milyona yaxın azərbaycanlı məcburi köçkün dövlətin dəstəyi ilə öz evlərinə qayıda biləcək. Həmçinin bu Ermənistana da faydalı olacaq, Ermənistan Rusiyanın və İranın himayəsindən uzaqlaşa və öz gerçək müstəqilliyini əldə edə bilər. Onlar iki Cənubi Qafqaz qonşusu ilə yaxşı iqtisadi və ticarət əlaqələrindən, xüsusilə enerji sektorunda, iqtisadiyyatlarını inkişaf etdirə bilərlər. Ən nəhayətində hər iki tərəfdən gənclər doğulmadan əvvəl baş verən münaqişə üçün həyatlarını qurban verməyəcəklər”.

Paylaş:
1180

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər