EIA 2023-2024-cü illər üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 85,01 ABŞ dollarından 78,65 dollaradək endirib.
1news.az-ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 74,47 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 81,21 dollar).
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 73,62 dollar (öncəki proqnoz – 79,24 dollar), 2024-cü ildə isə 69,47 dollar (öncəki proqnoz – 75,25) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.
381