Qarabağda çalışanlara birdəfəlik ödəmələrin verilməsinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarabağda çalışanlara birdəfəlik ödəmələrin verilməsinə başlanılıb

13:01 - 02 / 06 / 2023
Qarabağda çalışanlara birdəfəlik ödəmələrin verilməsinə başlanılıb

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında deyib.

A.Kərimov qeyd edib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.

Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər, həmçinin aylıq vəzifə maaşına əlavə, hər il 5 gün əlavə məzuniyyət əldə edəcəklər.

Paylaş:
357

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25

Bakıda 9 ağac aşıb

02 / 01 / 2026, 12:49
Bütün xəbərlər