Sevinc Fətəliyeva: Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu

18:35 - 02 / 06 / 2023
Sevinc Fətəliyeva: Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu

“Son zamanlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişi üzrə danışıqlar prosesi kifayət qədər intensivləşib. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasını istəyən beynəlxalq vasitəçilər bu məqsəd üçün müxtəlif təşəbbüslər irəli sürürlər.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçirilən beştərəfli görüş də bölgədə sülhün təmin edilməsini müzakirə etmək üçün növbəti bir addım oldu”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, görüş Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Beştərəfli qeyri-görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron iştirak ediblər. Verilən məlumatlardan aydın olur ki, beştərəfli qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün nətciələri haqqında jurnalistlərə açıqlama verərək qeyd edib ki, iyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək.

Millət vəkilinin sözlərinə görə, Şarl Mişelin vasitəsilə aparılan bu danışıqlar daha çox koordinasiya xarakteri daşıyır. Bütövlükdə, əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır. Azərbaycan Brüssel formatını dəstəkləyir. Çünki bu format çərçivəsində tərəflər müəyyən məsələlərlə bağlı müəyyən razılığa gəliblər.

“Azərbaycan bölgədə sülhə nail olmaq üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Ona görə də, dövlətimiz müxtəlif platformalarda təşkil olunan görüşlərdə iştirak edir. Moldovada baş tutan beştərəfli görüş də bu baxımdan dəyərləndirilməlidir. Fransa və Almaniya liderinin burada iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Bu görüşdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, bu ay ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. Nazirlərin görüşündə əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq. Onun fikrincə, danışıqlar prosesində intensivliyin artması sülhün əldə edilməsinə olan ümidləri də artırır. Lakin Ermənistan çox zaman qeyri-konstruktiv mövqe nümayiş etdirərək razılaşmaları pozur. Ona görə də, beynəlxalq birlik sülhə gəlmək üçün Ermənistana təzyiq etməlidir.

Paylaş:
420

Son xəbərlər

Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİBBu gün, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşübBu gün, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı veribBu gün, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıbBu gün, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilibBu gün, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTOBu gün, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc FətəliyevaBu gün, 11:17Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42
Bütün xəbərlər