Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib

13:54 - 06 / 06 / 2023
Ali Məhkəmədə AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycanın Ali Məhkəməsində olublar.

Bu barədə 1news.az-a Ali Məhkəmədən məlumat verilib.

Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov qonaqlara dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib.

Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
500

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər