Əli Əsədov: “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir” | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov: “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir”

14:31 - 08 / 06 / 2023
Əli Əsədov: “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir”

İyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

1news.az xəbər verir ki, iclasdan əvvəl Ə.Əsədov və digər nümayəndə heyətlərinin başçıları “Sirius” Elm və İncəsənət Parkında “Avrasiya bizim evimizdir” adlı sərgi ilə tanış olublar.

Ə.Əsədov Şuranın məhdud tərkibli iclasında çıxış edərək, MDB-nin iştirakçı-dövlətlərinin hökumət başçılarına onların ölkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli çoxsaylı tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.

Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolu vurğulanıb.

Bununla bağlı MDB Oyunlarına toxunan Ə.Əsədov bildirib ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı-ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.

Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, Formula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.

“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, - deyə Ə.Əsədov əlavə edib.

Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Baş nazir deyib: “2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb. Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq”.

Mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı qeyd olunub. “Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov bildirib.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edildi.

MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçıları Şurasının diqqəti Azərbaycanda bu sahədə görülmüş işlərə yönəldilib.

“Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı şirkətləri ilə birgə artıq bir sıra iri layihələr icra olunur”, - deyə Ə.Əsədov əlavə edib.

Eyni zamanda Azərbaycanın “yaşıl” enerji gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduğu bildirilib.

İclas iştirakçıları regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirmək əzmindədir.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib.

İclasın yekunlarına əsasən, Birlik çərçivəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.

Paylaş:
265

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər