Ombudsman Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib

13:58 - 10 / 06 / 2023
Ombudsman Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib.

1news.az xəbər verir ki, etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər:

"Bu dövr ərzində onlar vəkillə təmin olunmamış, müxtəlif işgəncələrə və pis rəftara məruz qalmış və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur.

Təəssüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirmişdir.

Ermənistan tərəfindən keçirilmiş qondarma "məhkəmə prosesi" nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli "qərar"ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram".

Paylaş:
332

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV