Pakistan Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Pakistan Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

17:51 - 15 / 06 / 2023
Pakistan Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 15-də başa çatıb.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər