Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib

1news Redaksiyası12:01 - 16 / 06 / 2023
Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib

"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan isə orada Azərbaycan bayrağının dalğalandırılmasının əsassız olduğunu iddia edir".

1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb.

O xatırladıb ki, Azərbaycan öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb. Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb.

Paylaş:
679

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər