Azərbaycanın kənd təsərrüfatı naziri Türkiyəyə gedib
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyəyə rəsmi səfərə gedib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.
O, qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.
Nazirlər kənd təsərrüfatı və su məsələləri ilə bağlı müzakirə aparıblar.
Danışıqların sonunda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsind əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Sənədə M.Məmmədov və İ.Yumaklı qol çəkib.
275