Kamran Əliyev: Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar | 1news.az | Xəbərlər
Siyasət

Kamran Əliyev: Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar

15:15 - 22 / 06 / 2023
Kamran Əliyev: Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar

“Təəssüf ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.

1news.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

"May ayının 26-da iki erməni hərbiçisinin Azərbaycan sərhədini pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir", - Baş prokuror vurğulayıb.

Paylaş:
307

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər