UNESCO-nun İcraiyyə Şurasının prezidenti Azərbaycana gəldi | 1news.az | Xəbərlər
Siyasət

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Azərbaycana gəldi

14:58 - 25 / 06 / 2023
UNESCO-nun İcraiyyə Şurasının prezidenti Azərbaycana gəldi

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili ölkəmizə səfər edib və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Tamara Rastovac Siamaşvili "Twitter"də yazıb.

“Azərbaycana səfərimdən və xarici işlər naziri Ceyhun Bayramovla görüşməkdən qürur duydum. Görüşdə UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə qeyd olunub.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər