Albaniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Albaniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

10:18 - 08 / 07 / 2023
Albaniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Albaniya Respublikasının Prezidenti Bayram Beqayın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 8-də başa çatıb.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniya Prezidenti Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər