Cavid Osmanov: “Belə nüfuzlu bir təşkilatın sui-istifadə hallarına yol verməsi ciddi narahatlıq doğurur” | 1news.az | Xəbərlər
Siyasət

Cavid Osmanov: “Belə nüfuzlu bir təşkilatın sui-istifadə hallarına yol verməsi ciddi narahatlıq doğurur”

Ayşən İsmayılova16:06 - 11 / 07 / 2023
Cavid Osmanov: “Belə nüfuzlu bir təşkilatın sui-istifadə hallarına yol verməsi ciddi narahatlıq doğurur”

“Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri qeyri-qanuni yollarla öz səlahiyyətlərindən istifadə edərək faktiki olaraq onlara mənsub olan nəqliyyat vasitələrilə qaçaqmalçılıq fəaliyyəti göstəriblər”.

Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov deyib.

“Əlbəttə onların Qarabağ bölgəsindəki fəaliyyətin ciddi qanun pozuntuları aşkarlanıb. Bu da Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilib. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar qeyri-qanuni əməllərini davam etdiriblər”.

Deputat qeyd edib ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsilə keçidi dayandırılıb.

“Bu Azərbaycan qanunlarına tam uyğundur. Çünki bura Azərbaycan ərazisidir və Azərbaycan ərazisində də yalnız Azərbaycan qanunları işləməlidir. Eyni zamanda bu beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur.

Belə nüfuzlu bir təşkilatın sui-istifadə hallarına yol verməsi ciddi narahatlıq doğurur və bir daha onu göstərir ki, Laçın keçiş, sərhəd-buraxılış məntəqəsinin Azərbaycan tərəfindən qurulması bir çox qanunazidd əməllərinin qarşısını alır və bundan sonra da qətiyyətlə alacaqdır”.

Xatırladaq ki, ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır.

Faktlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Paylaş:
1117

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər