İsrail nümayəndə heyəti Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

İsrail nümayəndə heyəti Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib

13:45 - 13 / 07 / 2023
İsrail nümayəndə heyəti Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nümayəndə heyəti tərəfindən məzarların üzərinə gül dəstələri düzülüb. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər