İlham Əliyevin Şuşadakı çıxışı - Moldova mediasında - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı Moldovanın aparıcı KİV-də geniş işıqlandırılıb.
Belə ki, Moldovanın “Noi.md” xəbər portalı, “Ava.md” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları rus və rumın dilində dərc ediblər. “Noi.md” və “Ava.md” xəbər portalı materialında Prezident İlham Əliyevin Cənubi Qafqazın inkişafının əsasən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olduğu, Türkiyənin regionda sabitləşdirici rolu, sülh sazişinin imzalanması imkanları barədə söylədiklərinə diqqət ayırıb. Eyni zamanda, Moldovanın “Jurnal.TV” telekanalı rəsmi saytında Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat dərc edib.
Materiallar ilə aşağıdakı linklərdən ətraflı tanış olmaq mümkündür: