“2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı irihəcmli layihələrə də start verilib”
“Azərpoçt” MMC 2023-cü ilin birinci yarımilliyi üzrə media əməkdaşları üçün brifinq keçirib.
1news.az xəbər verir ki, brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “Azərpoçt” MMC-nin 2023-cü ilin birinci yarısında gördüyü işlər, eləcə də qurumun maliyyə vəziyyəti barədə ətraflı məlumat verib.
“2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib. Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasındakı əhəmiyyətlidir”,-deyə Ə.Cəlilov qeyd edib.