Qərbi Azərbaycan İcması: Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması: Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq

16:19 - 11 / 08 / 2023
Qərbi Azərbaycan İcması: Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq

İcma: Nikol Paşinyanı Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il 11 avqust tarixində səsləndirdiyi fikirlərlə bağlı bildirir ki, regionda sülhə mane olan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirmiş Ermənistandır.

Təəssüf ki, “demokrat” Nikol Paşinyan sələflərinin bu siyasətini davam etdirmiş və Azərbaycanın işğal edilmiş ərazilərində səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə danışıqlar prosesini tamamilə məhv etmişdir. Nikol Paşinyana həm də xatırladırıq ki, onun Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdiyi, sonradan Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşməyə gəlmiş, az sonra biabırcasına Qarabağdan qaçmış şəxs “Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq” kimi bəyanat vermiş, özünü “dahi strateq” hesab edən keçmiş müdafiə naziri isə daha da “irəli gedərək” Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələmişdir.

30 il ərzində dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, əksinə işğalla qürrələn Ermənistanın indi qaranlıq keçmişi olan Luis Okampo adlı birisinin heç bir əsası olmayan kağız parçasına ümid bəsləməsi rəsmi İrəvanın düşdüyü acınacaqlı vəziyyətinin bariz nümunəsidir. Ermənistanın baş nazirini “soyqırımı” mövzusunda Azərbaycana qarşı saxta təbliğatdan, böhtan və manipulyasiyadan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Ermənistanın baş naziri həqiqətən də sülhdə maraqlıdırsa, onda ilk növbədə “beynəlxalq mexanizm çərçivəsində Bakı- Xankəndi dialoqu” kimi utopik və təxribatçı fikirlərə son qoymalıdır. Biz icma olaraq bunu Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını indi başqa ad altında davam etdirməsi kimi qəbul edirik. İcma hesab edir ki, “beynəlxalq mexanizm” nağılı həm də, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şərtlə tanıması deməkdir.

Bir tərəfdən Azərbaycanı “beynəlxalq mexanizm çərçivəsində Qarabağın erməni sakinləri ilə dialoqa” çağırıb, digər tərəfdən Qərbi Azərbaycan İcmasının dialoq təklifinə cavab verməyən, hətta azərbaycanlıların qayıdış hüququnu inkar edən Ermənistanın baş nazirinə xatırladırıq ki, onun rəhbər tutduğu “Əhali yoxdursa, problem də yoxdur” yanaşması tamamilə qəbuledilməz və təhlükəli yanaşmadır. Qərbi Azərbaycan İcması Nikol Paşinyanı Azərbaycanın daxili işlərinə qarışmamağa, müxtəlif süni bəhanələrlə sülh danışıqları prosesini uzatmamağa və Qərbi azərbaycanlıların qayıdışı məsələsini müzakirə etmək üçün bizimlə dialoqa başlamağa çağırır.

Paylaş:
367

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər